"Porto"nun ispan qapıçısı İker Kasilyas çempionlar Liqasının rekorduna bir addım da yaxınlaşıb. Matç.az saytı xəbər verir ki, təcrübəli qolkiper "Lokomotiv"lə görüşdə Manuel Fernandeşin penaltisini dəf edib.

O, turnirin tarixində 4-cü dəfə 11 metrlik zərbəni zərərsizləşdirib. Bununla da Kasilyas Canluici Buffon, Qreqori Kupe və Andrey Pyatova çatıb. İker əvvəlki üç penaltini "Real"da oynadığı vaxt dəf edib.

"üçlük" rekorddan bir addım geridədi. çempionlar Liqasında ən çox penalti dəf edən qapıçısı isə "Borussiya"nın sabiq "1 nomrə"si Hans-Yorq Buttdu. Onun hesabında 5 qurtarış var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest