"Artıq 3 həftədi bir yerdəyik. Son 5 gündə daha 2-3 oyunçu bizə qoşuldu". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. Yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Macarıstanı qəbul edəcək.

Qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"da baş tutan mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Zədəli oyunçunun olmaması sevindiricidi. Yeganə problem Almeyda ilə bağlı idi. O da sabaha hazır olacaq. üç gün sonra Slovakiya ilə qarşılaşacağıq. Amma indi sabahkı görüşü düşünürük. Macarıstan yığması çox güclü, böyük komandadı. Xorvatiyaya qalib gəliblər. Amma biz də optimistik".

- çərçivəni Səlahət Ağayevə tapşıracağınıza işarə vurmuşdunuz. Emil Balayev yaxşı formada olarkən niyə məhz Səlahətə üstünlük verirsiniz?

- Bu suala cavab vermək çox asandı. Səlahət ilk görüşü yüksək səviyyədə keçirmişdi. Emil də yaxşı qapıçıdı. Amma Səlahətə güvənirik.

- U-21 millimizin dünən seçmə mərhələ çərçivəsində Lixtenşteynə məğlubiyyəti sizə necə təsir etdi?

- Sabahkı oyunumuza bunun təsiri olmayacaq. Mənim üçün ağır məğlubiyyət oldu. Erkən qol futbolçulara mənfi təsir etdi. Amma ümumilikdə komanda oyunu yüksək səviyyədə keçirdi. Topa daha çox sahib idi. U-21 komandamız yaxşı oyunçulara malikdi. Onların gələcəkdə uğurlu çıxış edəcəyinə inanıram.

- Macarıstan hücum futbolu oynayan komandadı. İlk dəqiqələrdə qol buraxsanız, bunun əvəzini çıxmaq nə dərəcədə mümkün olacaq?

- Futbolda hər şey mümkündü. Əlbəttə, qol buraxa bilərik. Amma istərdim pozitiv düşünüm. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. İlk qolu buraxsaq, bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik.

- Xorvatiya ilə görüşdə millimizin itirəcəyi heç nə yox idi və bu, yaxşı oyun sərgiləməyimizə səbəb oldu. Sabahkı qarşılaşmadan isə hər kəs qələbə gözləyir. Bu amil sizin və oyunçuların üzərində təzyiq yaratmır?

- Əlbəttə, fərqli oyunlardı. Xorvatiya ilə matçdan razı qalmışdım. Komanda kompakt şəkildə çıxış etdi. Sabah evdə oynayacağıq və daha çox hücum etməyə çalışacağıq. Balanslı oyunla çox qol şansları gözləyirəm.

- Start heyətini müəyyənləşdirmisinizmi?

- Xeyr. çünki yekun qərarı verməmişəm. Həll etməli olduğum bəzi məsələlər var. Xorvatiya ilə oyundakı heyətin 8-9 üzvü meydanda ola bilər.

- Dediniz ki, U-21 yığması düzgün yoldadı. Sizcə, məğlubiyyət düzgün yol deməkdi?

- Məğlubiyyətdən də müsbət məqamlar çıxarmaq olar. Hansı ki, bu gələcəkdə xeyirli ola bilər.

- Macarıstan Bakıya 3 xal üçün gəlir. Bundan hansı formada istifadə etməyi düşünürsünüz?

- Macarıstan çox güclü komandadı. Bir neçə oyunçuları Bundesliqada çıxış edir. Rəqibə hörmətlə yanaşırıq. Sabah müdafiədə oturmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq. Müdafiədə Xorvatiyaya qarşı olduğu kimi oynayacağıq. Eyni zamanda hücumda da kəsərli olmaq istəyəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest