18 Sentyabr 2025, 18:15
FUTBOL
Fransalı vinger Yan Karamoh "Porto"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub. Karamoh "Porto"ya azad agent kimi keçib.
27 yaşlı futbolçunun əvvəlki klubu 2022-2025-ci illərdə çıxış etdiyi "Torino" olub. O, 2023/24 mövsümünün ikinci yarısını icarə əsasında "Monpelye"də keçirib.
Karamoh müxtəlif yaş qrupları üzrə Fransanın gənclərdən ibarət milli komandalarında 26 oyun keçirib, 8 qol vurub.