"Bavariya"nın kapitanı Manuel Noyer klub tarixində Çempionlar Liqası matçında meydana çıxan ən yaşlı oyunçu olub.

Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Ötən gün Noyer Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Almaniya təmsilçisinin "Çelsi" üzərində 3:1 hesablı qələbəsində meydanda olub.

Noyer matçda 39 yaş 174 gündə meydana çıxıb və yeni "Bavariya"nın rekordu müəyyənləşdirib. Titullu qapıçı 2000-ci il martın 8-də "Real"a (Madrid) qarşı oynayan (4:1) Lotar Matteusun 25 illik rekordunu (38 yaş 353 günlük) yaşında geridə qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest