Türkiyə Superliqasında I turdan təxirə salınan 3 qarşılaşma keçirilib

Matc.az xəbər verir ki, "Fənərbaxça" – "Alanyaspor"u qəbul edib. İstanbul təmlsilçisi son dəqiqələrdə buraxılan qolla qələbəni əldən verib – 2:2.

"Başakşəhər" səfərdə "Karagümrük"ü məğlub edib. "Samsunspor" – "Kasımpaşa" matçında isə hesab açılmayıb.

Qeyd edək ki, Superliqada beş turdan sonra turnir cədvəlinə 15 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" isə 11 xalla ikinci pillədə qərarlaşıb.

Türkiyə Superliqası
I tur

"Karagümrük" – "Başakşəhər" – 0:2
Qollar:
Brink, 65, Çinar, 69 (aq)

"Samsunspor" – "Kasımpaşa" – 0:0

"Fənərbaxça" – "Alanyaspor" - 2:2
Qollar: N. Semedo,72, Y. En Nesiri,76 // İ.Kaya,18, Y.Özdemir, 90+3

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest