"Mançester Yunayted" klubu 2024/25 mövsümü üçün 666,5 milyon funt-sterlinq gəlir əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, gəlir artımı yeni sponsor "Snapdragon" ilə müqavilə, yüksək maaşlı oyunçuların satışı və 300-ə yaxın işçinin işdən çıxarılmasını əhatə edən əsaslı yenidənqurma ilə bağlı olub.

"Mançester Yunayted" 2024-cü ildəki 113 milyon funt-sterlinqdən az, ümumilikdə 33 milyon funt-sterlinq zərər edib.

Qeyd edək k, Mançester klubu ötən mövsüm Çempionlar Liqasında oynamayıb. Onlar 1973/74 mövsümündən bəri İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vuraraq ən pis nəticəni göstəriblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest