17 Sentyabr 2025, 19:33
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Çelsi" fransalı futbolçunu transfer etmək istəyir. London təmsilçisi 22 yaşlı oyunçu üçün onun klubuna gələn il 52 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, Eduardo Kamavinqanın "Real"la müqaviləsi 2029-cu ilin yayına kimidir.