"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes yenidən İspaniyada çıxış edə bilər. Matc.az sasytının xarici mətbuata istinadən məlumatına görə, "Atletiko" ulduz futbolçunun xidmətində maraqlıdı.

"Mankunianlar"da əsas heyətə düşə bilməyən 31 yaşlı qolçu Madrid klubunda Antuan Qrizmannı əvəz edə bilər. çili yığmasının üzvü ilə təmasa keçən La Liqa təmsilçisi ona 3 illik müqavilə təklif edib. Sançesin "qırmızı şeytanlar"la müqavilə müddəti 2022-ci ilə qədər olsa da, ingilislər onu ucuz qiymət satmağı planlaşdırır.

Qeyd edək ki, Aleksis Sançes 2011-2014-cü illərdə İspaniyada "Barselona"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest