"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil subaylığın daşını atır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu bu gün evlənir.

Almaniya millisinin üzvü İstanbulda baş tutacaq toyda keçmiş Türkiyə gözəli Əminə Gülşə ilə ailə həyatı quracaq. 300 nəfərlik qonağın qatılacağı mərasimdə dəvətlilər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Ərdoğanın nikah şahidi olması gözlənilir.

Toyun təşkil olunacağı otelin günlük otaq qiyməti 550 avrodan 23 min avroya qədər dəyişir. özil nümunəvi addımla diqqət çəkib. Belə ki, o, "Kızılay"a müraciət edərək, Türkiyə və Suriyada maddi durumu ağır olan 16 min adama toy ziyafəti verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest