Ardıcıl üçüncü mövsümdü ki, futzal üzrə Yüksək Liqada çıxış edən "Yasamal" FK üçün cari mövsümün VI turu əlamətdar olub. Matç.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, çempionatda böyükhesablı qələbə qazanan komanda Yüksək Liqada 200-cü qolunu vurub.

Belə ki, Saeid Əmininin "Yasamal" İSK-nın qapısından keçirdiyi 2-ci qol yubileyin qeydə alınmasına səbəb olub. 2016-17-ci il mövsümündə 113 qol vuran bu komanda ötən çempionatda rəqib torunu 72 dəfə silkələmişdi.

Hazırkı çempionatda isə komandanın aktivində 29 qol var. Bununla da "Yasamal" FK-nın 46 oyunda vurduğu qolların sayı 214-ə çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest