Braziliya yığması aparıcı oyunçusu Neymarı itirib. Ulduz futbolçu Qətərlə keçirilən yoldaşlıq görüşündə sıradan çıxıb. Qarşılaşmanın 21-ci dəqiqəsində zədələnərək əvəzlənən 27 yaşlı hücumçu meydandan göz yaşları ilə çıxıb.

Braziliya yığması aparıcı oyunçusu Neymarı itirib. Matc.az saytının məlumatına görə, ulduz futbolçu Qətərlə keçirilən yoldaşlıq görüşündə sıradan çıxıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində zədələnərək əvəzlənən 27 yaşlı hücumçu meydandan göz yaşları ilə çıxıb. Tibbi personalın köməyi ilə paltardəyişmə otağına yollanan PSJ-nin forvardı stadionu qoltuq ağacında tərk edib. Tibbi müayinə zamanı Neymarın sağ topuğunun bağlarının qırıldığı aşkarlanıb. O, 15 iyun - 7 iyul aralığında keçiriləcək Amerika Kubokunu buraxmalı olacaq.

Qeyd edək ki, Braziliyada keçiriləcək turnirdə ev sahibləri Venesuela, Peru və Boliviya ilə eyni qrupda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest