"Neftçi" 2003-cü il təvəllüdlü futbolçular arasında təşkil olunan "İnkişaf turniri"nin qalibi olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Eldəniz Məmmədovun yetirmələri finalda "Keşlə"ni məğlub edib – 3:2 (əsas vaxtda 2:2).

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. "Neftçi"nin U-16 komandasına kubok və qızıl medallar təqdim olunub.

Qeyd edək ki, qrup mərhələsində "Zirə" (1:1), "Sabah" (1:0) və "Qarabağ"la (3:1) qarşılaşmış "Neftçi" yarımfinalda "Sabah-2004"ü mübarizədən kənarlaşdırmışdı – 2:1 (əsas vaxtda 1:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest