Serb mütəxəssisin beşinci unudulmaz oyunu isə karyerasının sonunda qayıtdığı "Partizan"ın "Srvena Zvezda" ilə görüşüdür. Obradoviç sözügedən oyunda karyerasında ilk avtoqola imza atıb və komandası 0:1 hesabı ilə məğlub olub.

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Abradoviç Ukraynanın "footboom" nəşrinə videomüsahibə verib. Matc.az saytının məlumatına görə, serb mütəxəssis Xarkov "Metallist"indəki çıxışı ilə yanaşı milli komandada oynadığı zamanlardan da bəhs edib.

O, futbolçuluq zamanı meydana çıxdığı unudulmaz beş qarşılaşmanı da sayıb.

Obradoviç ilk olaraq Sinişa Mixayloviç, Zoran Mirkoviç, Dyukiç kimi oyunçularla birlikdə keçmiş Yuqoslaviya milli komandasındakı debüt qarşılaşmasını qeyd edib. Sloveniya millisi ilə görüşdə Zlatko Zahoviçə qarşı 90 dəqiqə mübarizəsi Milanın yaddaşında yer tutub.

Serb məşqçi ikinci yaddaqalan qarşılaşma kimi "Lokomotiv"in heyətində çempionlar Liqasında "Roma" ilə oyunu vurğulayıb. İtaliyada keçirilən görüşdə moskvalıların 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, komandasının yeganə qoluna imza atması və bunun karyerasındakı yeganə çL qolu olması sözügedən görüşü serb mütəxəssis üçün unudulmazlardan biri edib.

Millimizin baş məşqçisinin fərqləndirdiyi üçüncü görüş "Metallist"lə ilk qarşılaşması olub. Belə ki, əsas komanda ilə cəmi 5 gün məşq etməsinə baxmayaraq, dərhal əsas heyətdə meydana çıxması onun xatirinə həkk olunub.

Obradoviç üçün xüsusi xatirəsi olan 4-cü qarşılaşma UEFA Kubokunun ilk təsnifat mərhələsində "Metallist"in heyətində "Beşiktaş"a qarşı keçirdikləri oyundur. Sözügedən görüşdə ukraynalılar 4:1 hesablı qələbəyə seviniblər.

Serb mütəxəssisin beşinci unudulmaz oyunu isə karyerasının sonunda qayıtdığı "Partizan"ın "Srvena Zvezda" ilə görüşüdür. Obradoviç sözügedən oyunda karyerasında ilk avtoqola imza atıb və komandası 0:1 hesabı ilə məğlub olub.

Müsahibənin videosunu təqdim edirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest