Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama görüşünü keçirib. Matç.az saytının məlumatına görə, Vüqar Məmmədin yetirmələri bu gün Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutan görüş qolsuz bərabərliklə tamamlanıb.

Yoxlama görüşü

25 oktyabr

Bolqarıstan (U-19) – Azərbaycan (U-19) – 2:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest