"Leypziq" baş məşqçisi Ralf Ranqniklə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib. 2015-ci ildən "Leypziq"i çalışdıran Ranqnik bundan sonra klubda məsləhətçi kimi işləyəcək.

Qeyd edək ki, geridə qalan mövsüm Bundesliqada 3-cü yeri tutan "Leypziq" çempionlar Liqasına vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest