"İlk görüşdə yaxşı nəticə əldə etmişdik. Elə həmin vaxt demişdim ki, "Qəbələ" hələ də favoritdi. Onlar bizdən daha yüksək səviyyədə futbol oynayırlar".

"Qəbələ"ni təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram". Matç.az saytı xəbər verir ki, bu sözləri "Şerif"in U-19 komandasının baş məşqçisi Luka Pavloviç deyib.

UEFA Gənclər Liqasının çempionlar yolunda öz meydanında "Qəbələ"yə məğlub olan (1:3) Moldova təmsilçisi mübarizəni dayandırıb. Pavloviç yerli mətbuata açıqlamasında Azərbaycanda baş tutan ilk oyundan (1:1) sonra da "Qəbələ"ni favorit saydığını vurğulayıb: "İlk görüşdə yaxşı nəticə əldə etmişdik. Elə həmin vaxt demişdim ki, "Qəbələ" hələ də favoritdi. Onlar bizdən daha yüksək səviyyədə futbol oynayırlar. Belə yüksək templi matçlarda o səviyyədə oynamaq üçün çox çalışmalıyıq".

Xorvatiyalı mütəxəssis hesab 1:1 olarkən oyunçularının yanlış oyun sərgilədiklərini söyləyib: "Birinci hissə çətin alındı. Qonaqlar meydanın bizə aid hissəsində güclü pressinq edirdilər. Bu təzyiqə fasiləyə qədər tab gətirmək üçün bir qədər uğur çatmadı. Hesab 1:1 olarkən artıq fərqli oyun göstərməli idik. Ancaq uşaqlar öz istədikləri kimi oynaya biləcəklərini düşündülər. Açıq futbol sərgiləyib ikinci qolu vurmağa çalışdılar. Halbuki kompakt oynamaq və əks-hücumlardan öz şansını gözləmək lazım idi. Bzim üçün dərs oldu və bunu öyrənməliyik. Təəssüf ki, bizim çempionatda futbolçuların inkişaf etməsi və bu keyfiyyətdə oynaması üçün belə matçlar olmur. Orda bütün görüşlərdə qələbə qazansaq da, beynəlxalq arenada nə fiziki, nə də taktiki kondisiya çatır. Daha güclü olmaq üçün çox çalışmaq lazımdı".

Qeyd edək ki, II mərhələyə adlayan "Qəbələ"nin burdakı rəqibi Almaniya təmsilçisi "Herta" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest