Qazaxıstan Premyer Liqasında XIII turun rəmzi komandası müəyyənləşib. Azərbaycan millisinin qapıçısı Emil Balayev də simvolik "11-liy"ə düşüb. O, "Şaxtyor"la qarşılaşmada penalti qaytarıb və "Tobol"u 3 dəfə real qoldan xilas edib.

Qazaxıstan Premyer Liqasında XIII turun rəmzi komandası müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev də simvolik "11-liy"ə düşüb.

"Şaxtyor"la (Karaqanda) qarşılaşmada penalti zərbəsini qaytaran və "Tobol"u 3 dəfə real qoldan xilas edən qolkiper simvolik heyətin çərçivəsində göstərilib. Onunla yanaşı, "Tobol"un yarımmüdafiəçiləri Nika Kvekveskiri və Azat Nurqaliyev də "11-lik"də özünə yer edə bilib.

Turun rəmzi komandasının baş məşqçisi isə hazırda "Ordabasi"yə rəhbərlik edən sabiq "İnter"li (indiki "Keşlə") Kaxaber Sxadadze seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest