PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi daha bir klub almağı planlaşdırır. Matc.az sasytının xarici mətbuata istinadən məlumatına görə, qətərli biznesmen İngiltərə "bazarı"na göz dikib.

Belə ki, o, "Lids"in səhmlərini almaq qərarına gəlib. Əl-Xəlaifi bununla bağlı qarşı tərəflə danışıqlara start verib. PSJ-nin rəhbəri "Lids"in səhmdarı Andrea Radridzani ilə görüşüb. Danışıqların müsbət məcrada davam etdiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm çempionşipdə 3-cü yeri tutan "Lids" pley-offda "Derbi Kaunti"yə məğlub olaraq, Premyer Liqaya vəsiqə şansını itirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest