İspaniya La Liqasında III turdan təxirə salınmış oyun keçirilib. Matç.az saytının məlumatına görə, "Rayo Valyekano" doğma azarkeşləri önündə "Atletik"i qəbul edib.

İlk hissədə ev sahibləri hesabı açmalarına baxmayaraq, Bilbao təmsilçisi fasilədən sonra status-kvonu bərpa edib. Bununla da autsayderlərin görüşündə komandalar hərəyə 1 xalla razılaşıblar.

 

İspaniya La Liqası

III turdan təxirə salınan oyun

"Rayo Valyekano" – "Atletik" – 1:1

Qollar: Pozo, 23 – Muniain, 66

 

Qeyd edək ki, 9 turdan sonra "Atletik" 9 xalla 17-ci, "Rayo Valyekano" isə 6 xalla 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest