Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev AVRO-2020-nin seçmə qrup mərhələsində qarşıdakı oyunlara hazırlaşan milli komandamızın düşərgəsini ziyarət edib. Matc.az saytının məlumatına görə, assosiasiya rəhbəri Macarıstan və Slovakiya ilə rəsmi oyunlar öncəsi "Dalğa Arena"nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında futbolçularla bir araya gələrək, komandanı qələbəyə səsləyib.

O, görüş zamanı millimizi AVRO-2020-nin final mərhələsində görmək arzusunu növbəti dəfə dilə gətirib: "Gələn il keçiriləcək futbol bayramında biz də iştirak etmək istəyirik. Həmin bayramdan kənarda qalmaq istəmirik. Bu da sizin sizin əlinizdədi. Hər birinizə inanıram. Məşhur devizimizi xatıradaraq deyirəm ki, "Niyə də yox?" çalışın bütün gücünüzü ortaya qoyun, azarkeşləri sevindirin. Bu, sizin karyeranız üçün də müsbət addım olar".

Daha sonra söz alan yığmanın kapitanı Maksim Medvedev ziyarətə görə, Abdullayevə təşəkkür edib: "Komandada ab-hava yüksək səviyyədədi, hər şey qaydasındadı. Səbirsizliklə qarşıdakı oyunları gözləyirik. çalışacağıq ən yaxşı nəticəni qazanaq. Azarkeşlərimizi öz meydanımızda sevindirmək istəyirik".

Qeyd edək ki, millimiz iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı "Bakcell Arena"da qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest