21 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib. Matc.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu iyunun 6-dakı qarşılaşmaya Şimali İrlandiyadan olan briqadanı göndərəcək.

Görüşün baş hakimi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcək. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest