Rusiya Premyer Liqasında qalmaq uğrunda "Nijni Novqorod"la qarşılaşan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Krılya Sovetov" cavab görüşündə məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə, sevinən tərəf olub.

Rusiya Premyer Liqasında qalmaq uğrunda "Nijni Novqorod"la qarşılaşan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Krılya Sovetov" cavab görüşündə məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə, sevinən tərəf olub. Matc.az saytı xəbər verir ki, evdə 0:1 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirən Samara klubunun baş məşqçisi Miodraq Bojoviç hücum xəttini günahlandırıb.

Serbiyalı mütəxəssis ön xətt oyunçularının "dişsiz"liyindən gileylənib: "Bu gün biz daha güclü idik. çox qol vəziyyəti yaratsaq da, hücumçularımız bunları boşa verdilər. Rəqib isə ilk ciddi hücumundaca fərqləndi. İkinci hissə də eyni ssenari ilə getdi. Amma yenə qol imkanlarını qaçırdıq. Bu da komandanı çətin duruma saldı. Bununla belə, əsas odu ki, Premyer Liqada qala bildik".

Qeyd edək ki, Şeydayev 90 dəqiqəni əvəz edilmədən keçirib. İlk oyundakı 3:1 hesablı qələbə "Krılya Sovetov"u elitada saxlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest