Braziliya yığmasının hücumçusu Neymarın başı bəlalardan qurtulmur. PSJ-nin forvardı indi də başqasının şəkillərini icazəsiz yaymaqda günahlandırılır. Futbolçu xanımın şəkillərini internetdə yaymaqda günahkar bilinir.

Braziliya yığmasının hücumçusu Neymarın başı bəlalardan qurtulmur. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ-nin forvardı indi də başqasının şəkillərini icazəsiz yaymaqda günahlandırılır.

Məsələ burasındadı ki, adı açıqlanmayan bir qadın Sao-Paolo polisinə şikayət edərək, Neymarın mayın 15-də beş ulduzlu otellərin birində ona təcavüz etdiyini söyləyib. Futbolçu indi də həmin xanımın şəkillərini internetdə yaymaqda günahkar bilinir. Braziliya qanunlarına görə isə başqasının razılığı olmadan onun intim şəkil və ya videolarını paylaşmaq cinayətdi və bu, 1 ildən 5 ilə qədər həbs cəzası deməkdi.

Braziliya polisi ifadə vermək üçün mən Neymarı, həm də iddiaçı qadını çağırıb. Onların mobil telefonları araşdırılacaq və əgər Neymarın günahı təsdiqlənərsə, həbs oluna bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest