Kristiano Ronaldo Xames Rodrigezlə əlaqə saxlayıb. Matc.az saytının məlumatına görə, portuqaliyalı hücumçu "Bavariya"nın yarımmüdafiəçisinə "Yuventus"a gəlməyi təklif edib.

Müqavilə ilə "Real"a məxsus olan və icarə əsasında alman nəhənginin şərəfini qoruyan kolumbiyalının müqaviləsinin müddəti iyunun 15-nə qədər nəzərdə tutulub. Əgər "Bavariya" bu tarixə qədər 42 milyon ödəməsə, oyunçu yenidən Madridə qayıtmalı olacaq.

"Bild" nəşrinin iddiasına görə, münhenlilərin baş məşqçisi Niko Kovaç oyunçunu heyətdə görmək istəmir. "Real" da Xamesi heyətində düşünmədiyindən oyunçu özünə yeni ünvan axtarır.

Qeyd edək ki, Ronaldo ilə Rodrigez birlikdə "Real"da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest