Azərbaycandakı hər hansı itki bizim üçün problem olacaq. İddia etmirəm ki, bununla da bütün ümidlərimiz sona çatacaq, amma bu, çox vacib duel olduğu şübhəsizdir. Uzun yol və oyun zamanı bizi gözləyən isti hava ilə də mübarizə aparmalıyıq. İndidən Bakıda 31 dərəcə isti var.

"Komandamız üçün mövsüm başa çatandan sonra – iyunda seçmə oyun keçirmək münasib deyil. Amma bunun öhdəsindən gəlməliyik". Matc.az saytının məlumatına görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

Aç-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11-də Bakıda milli komandamızla qarşılaşacaq slovakların çalışdırıcısı oyunla bağlı fikirlərini bölüşüb.

O, yığmamızla görüşdə isti havanın çətinlik törədəcəyindən bəhs edib: "İordaniya ilə yoldaşlıq görüşündə geniş oyunçu hovuzundan yararlanacağıq, çünki Azərbaycanla qarşılaşma bizim üçün daha vacibdir. Bu oyuna yaxşı hazırlaşmaq üçün 10 gün vaxtımız var. Futbolçularım peşəkardılar və bu qarşılaşmanın önəmini yaxşı dərk edirlər. Əsas hədəfimiz qələbədir. Doğrudur, qrupumuz çox balanslı görünür, buna görə də Azərbaycandakı hər hansı itki bizim üçün problem olacaq. İddia etmirəm ki, bununla da bütün ümidlərimiz sona çatacaq, amma bu, çox vacib duel olduğu şübhəsizdir. Uzun yol və oyun zamanı bizi gözləyən isti hava ilə də mübarizə aparmalıyıq. İndidən Bakıda 31 dərəcə isti var. Xorvatiya – Azərbaycan matçını izləmişik. Rəqibimizin müdafiə səddini yarıb qapısına qədər irəliləmək çətindir. Başa düşürük ki, qol vurmaq üçün sürətli hücumlar və cinahdan perpendikulyar ötürmələrdən yararlanmalıyıq. Bütün oyunçularımız Bakıda qələbə qazanmaq istəyirlər. Belə köklənmə də çox yaxşı haldır".

Qeyd edək ki, milli komandamız Aç-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyə ilə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest