"Fənərbaxça" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Roberto Soldado növbəti mövsümdə İstanbul klubunun heyətində olmayacaq.

Müqaviləsinin müddəti başa çatan ispaniyalı hücumçu "sarı-lacivərdlilər"lə vidalaşıb. Sosial şəbəkədəki hesabından vida mesajı paylaşan 34 yaşlı futbolçu azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Soldado 2017-ci ilin yayından "Fənərbaxça"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest