"Napoli"nin iki futbolçusu karyerasını Fransada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət müdafiəçi Kalidu Kulibali və yarımmüdafiəçi Allandan gedir.

Hər iki oyunçu PSJ-nin maraq dairəsindədi. Braziliyalı Allanın keçidi daha real görünür. Ancaq Neapol klubunun prezidenti Aurelio de Laurentis seneqallı Kulibalini 150 milyon avrodan ucuz qiymətə satmayacaqlarını bəyan edib.

Qeyd edək ki, Kulibali 2014, Allan isə 2015-ci ildən "Napoli"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest