"Öz yetirmələrimə isə bugünkü kimi, hər iki hissədə bu cür səylə oynamağı arzulayıram. Əsas milli ilə yoxlama oyunu bizim üçün vacib idi. Çünki bu cür güclü rəqiblərlə yoxlama görüşü keçirmək imkanımız az olur".

"Hər iki komanda üçün qarşıdakı rəsmi görüşlərə hazırlıq baxımından vacib oyun oldu. Çoxlu futbolçunu meydanda yoxladıq". Matc.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

U-21 bu gün "Dalğa Arena"da əsas milli ilə yoxlama görüşündə üz-üzə gəlib və 0:3 hesabı ilə məğlub olub. Obradoviç toplanışdan razılıq bildirib: “İndi Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz ilk qrup oyunu haqda düşünürük, sonra isə növbəti matçlara baxacağıq. Təlim-məşq toplanışının gedişi məni sevindirir. İki həftəyə yaxındı bir yerdəyik, uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar".

Çalışdırıcı əsas milliyə qarşıdakı oyunlarda uğurlar arzulayıb: "Öz yetirmələrimə isə bugünkü kimi, hər iki hissədə bu cür səylə oynamağı arzulayıram. Əsas milli ilə yoxlama oyunu bizim üçün vacib idi. Çünki bu cür güclü rəqiblərlə yoxlama görüşü keçirmək imkanımız az olur. Futbolçularımın oyundan zövq aldıqlarını deyə bilərəm. Onlar üzərlərinə düşən vəzifəni yaxşı dərk edirlər. Əsas tələbimiz taktiki, nizam-intizamla bağlı idi. Oyunda bu, yüksək səviyyədə oldu. Futbolçuların meydandakı işindən razıyam və bu, nəticəsini göstərəcək".

Obradoviç qarşıdakı rəsmi oyunla bağlı hədəflərini də açıqlayıb: "Lixtenşteynlə matçımız var. Səfərə 3 xal qazanmaq üçün gedəcəyik. Rəqibdən daha yaxşı olduğumuzu düşünürəm. Ancaq bunu meydanda da sübut etməliyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest