"İnter"in hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvardın menecerliyini edən həyat yoldaşı Vanda Nara söz-söhbətlərə son qoyub.

O, "Yuventus"a keçəcəyi ilə bağlı xəbərlər yayılan İkardinin "neradzurra"da qalacağını söyləyib: "Mauronun hələ 2 illik müqaviləsi var. Və o, ən azı daha 1 mövsüm burda qalacaq. Hələ ki, başqa kluba transfer planı yoxdu".

Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən "İnter"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest