"Milan" baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırmağa hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb "rossonyerlər"in mövsümə uğursuz start götürməsidi.

A seriyasında 8 turdan sonra 12-ci pillədə qərarlaşan komandanın geridə qalan turda "İnter"ə prinsipial matçda uduzması rəhbərliyi radikal addımlar atmağa vadar edir. Düzdü, klub Qattuzoya daha bir neçə tur şans vermək fikrindədi. Ancaq digər tərəfdən baş məşqçi postuna axtarışlara da başlayıb. Qattuzonu əvəz edəcək ən real namizəd son klubu "Bolonya" olan Roberto Donadonidi.

Donadoninin alternativi Antonio Kontenin təyinatı isə real görünmür. çünki klub borc üzündən yüksək ödənişli mütəxəssislə anlaşa bilməz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest