"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas sabiq komandası "Arsenal"ın Avropa Liqasının finalında "çelsi" ilə keçirdiyi oyunu dəyərləndirib. Matc.az saytı xəbər verir ki, ispaniyalı futbolçu "topçular"ın məğlubiyyətini (1:4) komandadakı lider çatışmazlığı ilə əlaqələndirib.

O, xüsusən də, almaniyalı yarımmüdafiəçi Məsut özili tənqid edib: "Səndə liderlik bacarığı ya olur, ya da olmur. özil "Real"da futbol tarixinin ən yaxşılarından olan Kriştianu Ronaldo da daxil olmaqla, top-oyunçuların əhatəsində idi. Onun da yüksək səviyyədə oynadığına şübhə etmirəm. Amma əgər "Real", "Barselona" və "Bavariya" kimi dünya nəhənglərini tərk edirsənsə, geri addım atırsan. Bu 3 klubda deyilsənsə, özünü daha yaxşı tərəfdən göstərməlisən, çünki ən yaxşıların əhatəsində deyilsən. Səni komandanın lideri olmağın üçün alıblar. Ancaq mənim fikrimcə, Məsutda bu xüsusiyyət yoxdu. Hər gün onunla birlikdə məşq etmirəm. Amma hesab edirəm ki, Məsut liderlik keyfiyyətinə sahib deyil".

Qeyd edək ki, Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest