Fransa Futbol Federasiyası "Marsel"in hücumçusu Mario Balotellini cəzalandırıb. Matc.az saytı xəbər verir ki, buna səbəb forvardın son turdakı hərəkəti olub.

Belə ki, İtaliya millisinin üzvü "Monpelye" ilə qarşılaşmada rəqib oyunçu Daniel Konqreyə qarşı kobud sürüşmə fəndindən istifadə edib. Bu səbəbdən yerli qurum ona 4 oyunluq cəza kəsib.

Bu isə o deməkdi ki, Balotelli Fransada qalarsa, növbəti mövsüm ilk 4 turu buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest