"Düşünürəm ki, bu, normal deyil. Siyasəti idmana qatmaq olmaz. Fakt budur ki, ona bütün səviyyələrdə təhlükəsizlik barəsində təminat verildi. Amma o, finala getmək istəmədi".

"Avroziviziyadan sonra Bakıda ardıcıl çoxlu beynəlxalq tədbirlər keçirildi: "Formula-1", Avropa oyunları, İslam Oyunları, müxtəlif növlər üzrə dünya çempionatları və s. Aydındır ki, Avropa Liqası tamamilə fərqli səviyyədir. Məmnuniyyətlə orada olmaq istərdim, amma komandamın keçid oyunları olacaq". Matc.az saytının məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın hücumçusu Ramil Şeydayev deyib.

Rusiyanın "sport24.ru" saytına müsahibə verən forvard Bakıda keçiriləcək Avropa Liqasının final oyunu haqqında da danışıb.

O, erməni futbolçu Henrik Mxitaryanın Bakıya gəlməmək qərarına da münasibət bildirib: "Düşünürəm ki, bu, normal deyil. Siyasəti idmana qatmaq olmaz. Fakt budur ki, ona bütün səviyyələrdə təhlükəsizlik barəsində təminat verildi. Amma o, finala getmək istəmədi. Məlum məsələdir ki, bu, məhz siyasi cəhətdən verilmiş qərar idi. Mən xatırlamıram ki, Bakıda kiməsə, hardasa ziyan vursunlar. Hər halda hansısa provakotarlar ona səhv məlumat veriblər. Burada boks, güləş üzrə dünya çempionatları keçirilib, erməni idmançılar iştirak ediblər. Orada bir il yaşamışam, Bakı sakit, sülhsevər şəhərdi. üstəlik səfir də deyir ki, hər şey qaydasında olacaq. ümumiyyətlə, bu hal normal deyil".

Qeyd edək ki, Ramil Şeydayev hazırda Rusiyanın "Krılya Sovetov" komandasının şərəfini qoruyur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest