InStat şirkəti UEFA Avropa Liqasının rəmzi yığmasının tərkibini açıqlayıb. Matc.az saytının məlumatına görə, 11 futbolçudan 3-ü İngiltərənin "Arsenal", hərəyə 2-si "çelsi", İspaniyanın "Valensiya" və Almaniyanın "Ayntraxt", hərəyə 1-i İtaliyanın "Atalanta" və Rusiyanın "Zenit" klublarındandır.

Komandanın tərkibi: Kevin Trapp ("Ayntraxt", Almaniya), Şkodran Mustafi ("Arsenal", İngiltərə), Muxtar Dyaxabi ("Valensiya", İspaniya), Rafael Toloy ("Atalanta", İtaliya), Martin Hinteregger ("Ayntraxt"), Enzli Meytlend-Naylz ("Arsenal"), Daniel Parexo ("Valensiya"), Ruben Loftus-çik ("çelsi", İngiltərə), Pyer-Emerik Obameyanq ("Arsenal"), Artyom Dzyuba ("Zenit", Rusiya), Eden Azar ("çelsi").

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "çelsi" komandaları arasında keçiriləcək final oyunu saat 23:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest