FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatı ilə bağlı növbəti ideyasını açıqlayıb. Matç.az saytı xəbər verir ki, qurum başçısı yeni formatlı mundialı hər il keçirmək ideayası ilə çıxış edib.

Bunadək turnirin formatının dəyişdirilməsi, 2021-2033-cü illər ərzində 4 ildən bir iyun-iyul aylarında keçirilməsi gündəmə gəlmişdi. İnfantino klubların yarısının Avropanı təmsil etməsinin tərəfdarıdı.

Yarışın hər il keçirilməsi çempionlar Liqasının nüfuzunu aşağı sala bilər. Bu üzdən də FİFA prezidenti bəzi böyük klublarla razılığa gələrək onların dəstəyinə arxalanır. Oktyabrın 26-da FİFA-nın Şurasının Ruandada keçiriləcək iclasında məsələ müzakirə ediləcək.

Qeyd edək ki, İnfantino iclas zamanı həm də Konfederasiyalar kubokunun formatının dəyişdirilməsini müzakirəyə çıxarmaq niyyətindədi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest