"çelsi"nin yarımmüdafiəçisi Eden Azarın "Real"a keçidi baş tutacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sun" nəşri yayıb.

Bildirilir ki, hazırda Avropa Liqasının final görüşü üçün Bakıda olan "zadəganlar" aparıcı oyunçusunun "kral klubu"na keçidinə, nəhayət ki, razılıq verib. Klublar 130 milyon avroluq transfer qiymətində ortaq məxrəcə gəliblər. "Real"la 4 illik müqavilə imzalayacaq Belçika millisinin üzvünün həftəlik məvacibi 450 min avro olacaq.

"Arsenal"la bu gün baş tutacaq final qarşılaşmasından sonra London təmsilçisi bu keçidi rəsmən bəyan edəcək. "Real" iyunun 3-də Azarı ictimaiyyətə təqdim etməyi planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest