"Bursaspor"un prezidenti Ali Ay məhkəməyə verilib. Matc.az xəbər verir ki, bir neçə gün öncə başa çatan Superliqanın yekunlarına görə elitanı tərk edən və növbəti mövsümdən TFF I liqada mübarizə aparmaq məcburiyyətində qalan Bursa təmsilçisinin rəhbəri vəzifəsindən sui-istifadədə ittiham olunur.

Belə ki, o, kluba aid əraziləri satmaqda və bundan mənfəət götürməkdə günahkar bilinir. Bu üzdən də Ay haqda "vəzifəsindən sui-istifadə" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ilin yanvarında "Neftçi" ilə əməkdaşlıq protokolu imzalayn "Bursaspor" 18 komanda arasında 16-cı yeri tutaraq Superliqa ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest