"Çempionatda hər mövsüm titul uğrunda mübarizə aparıram. Açıq şəkildə deməliyəm ki, mənim üçün yaxşıdı. Maaşla bağlı heç nədən şikayətlənə bilmərik"

"Azərbaycanda futbol? Futbol kimi görünür (gülür)". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin hücumçusu Baqali Dabo deyib.

"France Football" nəşrinə danışan forvard Azərbaycan futbolu barədə təəssüratlarını bölüşüb. Əksər qarşılaşmalarda tribunaların boş olmasından şikayətlənən 31 yaşlı oyunçu Premyer Liqanı Fransa çempionatları ilə də müqayisə edib: "Doğrudu, bir neçə oyun var ki, həmin vaxt tribunalar dolu olur. Amma digər qarşılaşmalara daha az azarkeş gəlir. Bu da əsasən komandalardan asılıdı. Azərbaycan Premyer Liqasının səviyyəsi Liqa1-dən III liqaya qədər gedib çıxır. üç liqanın qarışığı olduğunu deyə bilərik. Mənim üçün hər şey yaxşıdı. Hər il Avrokubokda iştirak etmək imkanım olur".

Dabo avrokuboklarda mübarizəyə hamıdan erkən başlamağın da çətinliyini vurğulayıb: "Fransada komandalar seçmə mərhələlərdə çətinlik çəkirlər, hətta ora vəsiqə üçün savaşırlar. Problem ondadı ki, biz avrokuboka vəsiqə qazananda birinci təsnifat mərhələsindən başlayırıq. Amma çempionatda hər mövsüm titul uğrunda mübarizə aparıram. Açıq şəkildə deməliyəm ki, mənim üçün yaxşıdı. Maaşla bağlı heç nədən şikayətlənə bilmərik. Liqa1 və Liqa2 ilə eyni səviyyədədi. Bu, klubların kimliyinə görə dəyişir".

Qeyd edək ki, Fransada bir neçə klubda oynadıqdan sonra 2016-cı ildə Azərbaycana köçən Dabo 2 il "Qəbələ"də çıxış etdikdən sonra ötən ilin yayında "Neftçi"yə üz tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest