çempionlar Liqasının (çL) qrup mərhələsi çərçivəsində baş tutan "Real" – "Viktoriya" matçı birincilərin futbolçuları üçün əlamətdar olub. Matç.az saytının məlumatına görə, hücumçu Qaret Beyl yubiley görüşünü keçirib.

Belə ki, bu, Beylin "kral klubu"nda 200-cü qarşılaşması olub. Bu oyunlarda uelsli ulduz futbolçu aktivinə 92 qol, 61 məhsuldar ötürmə yazdırıb.

İspaniya nəhənginin heyətində fərqlənən müdafiəçi Marselo isə 2018-ci ildə çL-də 5-ci qoluna imza atıb. O, ötən mövsüm 1/8 finalda PSJ, 1/4 finalda "Yuventus", yarımfinalda isə "Bavariya"nın qapısına yol tapa bilmişdi. Marselo bununla bir il ərzində bu turnirdə 5 qol vuran müdafiəçilər Ronald Kuman və Roberto Karlosun rekordunu təkrarlayıb.

Qeyd edək ki, "Real" – "Viktoriya" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest