"Zirə" yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Elvin Məmmədovla anlaşıb. "Sumqayıt"dan ayrılan 30 yaşlı yarımmüdafiəçi sabiq komandasına qayıdıb. O, qəsəbə təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

"Zirə" yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Elvin Məmmədovla anlaşıb.

"Sumqayıt"dan ayrılan 30 yaşlı yarımmüdafiəçi sabiq komandasına qayıdıb. O, qəsəbə təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

2016/17 mövsümündə də "Zirə"nin şərəfini qoruyan Elvin Məmmədov indiyə qədər "Turan", "Qarabağ", "Bakı", "İnter", "Qəbələ" və "Sumqayıt"da forma geyinib. Məmmədov həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.

Qeyd edək ki, bu, "Zirə"nin yay fasiləsində ilk transferidi. Bakılılar Budak Nəsirov, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest