Çempionlar Liqasında və İspaniya Kral Kubokunda uğursuzluğa düçar olan "Barselona" baş məşqçi Ernesto Valverdeni istefaya göndərməyi planlaşdırır. Kataloniya klubu artıq namizədlərini də müəyyənləşdirib.

çempionlar Liqasında və İspaniya Kral Kubokunda uğursuzluğa düçar olan "Barselona" baş məşqçi Ernesto Valverdeni istefaya göndərməyi planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu artıq namizədlərini də müəyyənləşdirib.

Maraqlıdı ki, İspaniya çempionunun maraqlandığı mütəxəssislərdən biri də "Arsenal"ın baş məşqçisi Unay Emeridi. "Barsa" Valverdeni istefaya göndərərsə, Avropa Liqasının final qarşılaşmasından sonra Emeri ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının final görüşü sabah Bakı Olimpiya Stadionunda "Arsenal"la "çelsi" arasında keçiriləcək. "Kanonirlər" qalib gələ bilməsə, çempionlar Liqasından kənarda qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest