"Milan"ın baş məşqçisi Cennaro Qattuzo istefa verib. Bunu çalışdırıcı özü açıqlayıb. O, bu vəzifədən ayrılmaq qərarını verərkən çətinlik çəkdiyini söyləyib: "Amma bunu etməli idim. Bu 18 ay ərzində böyük ehtirasla yaşadım, unudulmaz hadisələr gördüm".

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo istefa verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu çalışdırıcı özü açıqlayıb.

O, bu vəzifədən ayrılmaq qərarını verərkən çətinlik çəkdiyini söyləyib: "Amma bunu etməli idim. Bu 18 ay ərzində böyük ehtirasla yaşadım, unudulmaz hadisələr gördüm. Seçimim ağır, ancaq balanslıdı. "Milan"dakı taleyim heç vaxt puldan asılı ola bilməz".

Qeyd edək ki, Cennaro Qattuzo 2017-ci ildən bəri "Milan"a rəhbərlik edib. Komanda geridə qalan mövsümü 5-ci pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest