"Roma"nın hücumçusu Edin Dzeko komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu iki komandadan təklif alıb.

Bosniya və Herseqovina millisinin üzvü uğrunda "İnter" və "Fənərbaxça" mübarizə aparır. 33 yaşlı forvardın Türkiyə klubu ilə danışıq aparmaq üçün hətta İstanbula yollandığı da bildirilib. "Sarı-lacivərdlilər" onunla ilkin müqavilə bağlamağa çalışır.

Qeyd edək ki, Edin Dzekonun "Roma" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest