"Qarabağ"ın yay fasiləsində transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Matç.az-ın eldesmarque.com saytına istinadən məlumatına görə, Donetsk "Şaxtyor"unun hücumçusu Qustavo Blanko Leşuk Azərbaycana gələ bilərmiş.

Bildirilir ki, cari mövsümün əvvəlində onu bir neçə komanda – "Sportinq Xixon", "Malaqa", "Malyorka", "Srvena Zvezda", Soviya MOİK-i və "Qarabağ" heyətinə qatmağa çalışıb. Sonda isə ukraynalılar argentinalı forvardı "Malaqa"ya birillik icarəyə vermək qərarına gəlib. Transfer qiyməti 2,5 milyon avro dəyərində göstərilən 27 yaşlı ucaboy futbolçunu Sequnda klubu gələn yay birdəfəlik transfer etmək hüququna malikdi.

Qeyd edək ki, bu mövsüm "Malaqa"nın heyətində Sequndada 10 matçda meydana çıxan Qustavo Blanko Leşuk 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest