"İnter"in yeni baş məşqçisi məlumdu. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "neradzurra"nı yeni mövsümdən Antonio Konte çalışdıracaq.

Milanlılar hazırkı çalışdırıcı Luçano Spalletti ilə müqaviləyə xitam verməyə çalışır. Bu, qısa müddətdə baş versə, Konte artıq bu həftə ictimaiyyətə təqdim ediləcək. Yeni komandası ilə 3 illik müqavilə imzalayacaq 50 yaşlı mütəxəssisin illik məvacibi 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Antonio Kontenin son iş yeri "çelsi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest