"Mançester Yunayted" və "Bavariya" arasındakı çempionlar Liqasında 1998/99 mövsümünün final oyununun 20 illik yubileyi münasibətilə xeyriyyə matçı keçirilib. Matc.az saytının məlumatına görə, "Old Trafford"da baş tutan görüşdə 20 il əvvəlki finalda üz-üzə gələn komandaların veteranları meydana çıxıblar.

"Mançester Yunayted"in heyətində Kasper Şmeyxel, Hari Nevill, Yaap Stam, Devid Bekhem, Pol Skoulz və Ole-Qunnar Sulşer, "Bavariya"da isə Lotar Mateus, Ze Roberto, İvitsa Oliç, Roy Makaay və Covanni Elber kimi veteran futbolçular forma geyiniblər.

Qarşılaşma ingilislərin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Sulşer, Duayt York, Niki Batt, Luis Saha və Devid Bekhem vurub.

Qeyd edək ki, 20 il əvvəl keçirilən final oyununda da "Mançester Yunayted" qalib gəlmişdi. Sadəcə, həmin vaxt hesab 2:1 olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest