Rusiya Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" da sonuncu oyununa çıxıb.

Samara təmsilçisi səfərdə MOİK-lə qarşılaşıb. Görüş moskvalıların 6:0 hesablı darmadağını ilə yekunlaşıb.

Ramil 90 dəqiqə meydanda olsa da, komandasına kömək edə bilməyib.

Qeyd edək ki, 30 oyundan sonra aktivində 28 xal olan "Krılya Sovetov" mövsümü 13-cü pillədə başa vurub. Samaralılar bununla da Premyer Liqada qalmaq üçün pley-off oyunları keçirəcəklər. Onların rəqibi isə aşağı dəstəni 4-cü pillədə bitirmiş "Nijniy Novqorod" olacaq.

İlk matç mayın 30-da Nijniy Novqorodda, cavab oyunu isə iyunun 2-də Samarada olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest