Onun Sofiya klubu ilə danışıqları müsbət məcrada gedirdi. Lakin Buxarest "Dinamo"sunun təklifi futbolçunu fikrini dəyişdirməyə vadar edib.

"Botoşani"nin yarımmüdafiəçisi Dieqo Fabbrininin Azərbaycana gəlişi çox güman ki, baş tutmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı futbolçunun Rumıniyada qalmaq ehtimalı artıb.

Adı "Qarabağ" və "Neftçi" ilə birgə hallanan 29 yaşlı hücumameyilli oyunçunun "Levski"yə transferi gözlənilirdi. Onun Sofiya klubu ilə danışıqları müsbət məcrada gedirdi. Lakin Buxarest "Dinamo"sunun təklifi futbolçunu fikrini dəyişdirməyə vadar edib. Fabbrini "Dinamo" rəhbərliyinin yüksək məvacib təklifi ilə razılaşıb.

Keçid reallaşarsa, o, "qırmızı itlər"in ən yüksək ödənişli oyunçusu olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest