Gələn mövsümdən etibarən İngiltərədə futbol qaydalarında dəyişikliklər olacaq. Matc.az saytı xəbər verir ki, bu yeniliklər IV liqada sınaqdan keçiriləcək.

Bunların bəziləri heç şübhəsiz ki, futbol dünyasında böyük təəccüblə qarşılanacaq.

Həmin liqada sarı vərəqə artıq "qırmızı"ya gedən yolda xəbərdarlıq funksiyasını daşımayacaq. Belə ki, hakimə etiraz və rəqib oyunçularla mübahisə zamanı sarı vərəqə alacaq futbolçu 10 dəqiqəlik meydandan kənarlaşdırılacaq  və bu müddət bitdikdən sonra yenidən oyuna qoşulacaq.

Ən diqqətçəkən məqam qapıçının sarı vərəqə alması ilə bağlıdı. Məsələ burasındadı ki, 10 dəqiqəlik cəza qolkiperlərə də şamil ediləcək. Həmin müddətdə meydan oyunçularından biri qapıçı formasını geyinib, 10 dəqiqəlik çərçivəyə keçəcək. Maraqlıdı ki, cəza müddəti bitən kimi, qapıçı birbaşa çərçivədəki yerini ala bilməyəcək. Belə ki, o, matçın gedişində hakimin icazəsi ilə meydana daxil olacaq və oyun dayanana qədər meydan oyunçusu kimi mübarizə aparacaq.

Artıq təsdiqlənən bu dəyişikliklər uğurlu olarsa, növbəti mövsümlərdən yüksək liqalarda da tətbiq ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest