"Avropa Liqasının finalına hardan baxacam? Televiziyadan. Bakıya getməyəcəm, çünki qəbul etdiyim öhdəliklər var ə buna hörmətlə yanaşmalıyam. Bu görüşü televiziya vasitəsilə izləyəcəm, amma böyük final üçün Madridə gedəcəm".

"Arsenal"ın əfsanəvi baş məşqçisi Arsen Venger Avropa Liqasının "Çelsi"yə qarşı keçiriləcək final oyunu üçün Azərbaycana gəlməyəcək. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bunu sabiq çalışdırıcı özü deyib.

22 il "topçular"a rəhbərlik etmiş 70 yaşlı mütəxəssis Çempionlar Liqasının finalını tribunadan izləməyi üstün tutub. O, sevimli komandasının 10 ildən sonra avrokubokların finalındakı oyununa maraq göstərməyib: "Avropa Liqasının finalına hardan baxacam? Televiziyadan. Bakıya getməyəcəm, çünki qəbul etdiyim öhdəliklər var ə buna hörmətlə yanaşmalıyam. Bu görüşü televiziya vasitəsilə izləyəcəm, amma böyük final üçün Madridə gedəcəm".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 1-də isə Madriddə, "Vanda Metropolitano" stadionunda "Liverpul"la "Tottenhem" Çempionlar Liqasının final görüşündə üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest